"Neftçi"nin qovduğu futbolçu Türkiyə Super Liqasında

12:50 - 24 Yanvar 2019

"Neftçi"nin sabiq futbolçusu Dario Melnyak karyerasını Türkiyə Super Liqasında davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, Sloveniyanın "Domjale" klubunda çıxış edən futbolçu "Çaykur Rizəspor"la anlaşıb. Klubun saytının yaydığı məlumata görə, 26 yaşlı sol cinah müdafiəçisi ilə 1,5 illik müqavilə imzalanıb. Bu keçid üçün Super Liqa klubu 60 min avrosundan keçib.

 

Qeyd edək ki, "Neftçi" xorvatiyalı futbolçunu 2016-cı ildə Belçikanın "Lokeren" klubundan bir illik icarəyə götürmüşdü. Lakin onunla müqavilə altı ay sonra xitam verilmişdi.

Xəbər xətti