Azərbaycanlı futbolçu İsveçrədə faciəvi şəkildə vəfat etdi

13:52 - 24 Yanvar 2019

Milli Məclisin deputatı, iş adamı Əsabil Qasımovun oğlu Elçin Qasımov dünən İsveçrədə qış turizm mərkəzində xizək sürərkən faciəvi şəkildə vəfat edib.

 

Sportal.az milli.az-a istinadən xəbər verir ki, o, həm də həvəskar futbolçu olub. Bu barədə BFL-in (Bakı Futbol Liqası) "facebook" səhifəsi məlumat yayıb:

 

"Təəssüflər olsun ki, günü üzücü bir xəbərlə açdıq. "Sirena Motors" komandasının oyunçusu, gülərüz və pozetivliyi ilə seçilən oyunçularımızdan olmuş Elçin Qasımov xizək sürərkən qəzaya düşüb və dünyasını dəyişib. Allahdan mərhumun ailəsinə, yaxınlarına səbir diləyirik. Allah rəhmət eləsin!"

Xəbər xətti