"Səbail" Braziliya klubuna qalib gəldi

14:29 - 24 Yanvar 2019

Türkiyədə təlim-məşq toplanışında olan" Səbail” bu gün növbəti yoxlamam oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi Braziliyanın III liqa təmsilçisi "Raça Sport"la qarşılaşıb və 3:2 hessabı ilə qalib gəlib.

 

"Səbail" bu gün Bakı vaxtı ilə16:30-da Qazaxıstanın “Kaysar” klubu ilə də yoxlama görüşü keçirəcək.

 

Bu, "Səbail"in Antalya toplanışı çərçivəsində sonuncu sınağı olacaq. "Dənizçilər" bunadək 3 oyun keçirib. Aftandil Hacıyevin kollektivi “Aqvital” (Macarıstan - 3:2), "Sürix" (İsveçrə - 1:1) və “Desna” (Ukrayna - 2:1) klubları ilə qarşılaşıb.

 

24 yanvar

 

"Səbail" - "Raça Sport" (Braziliya) - 3:2
Qollar:
Orxan Qurbanlı, 15, 80, Aqşin Qurbanlı, 44

Xəbər xətti