Con Obi Mikel İngiltərəyə döndü

16:16 - 24 Yanvar 2019

"Çelsi"nin sabiq yarımmüdafiəçisi Con Obi Mİkel İngiltərə dönüb.

 

Sportal.az xəbər verir ki, Çin Super Liqasında mübarizə aparan "Tianjin Teda" klubundan ayrılan nigeriyalı futbolçu Çempionşipdə çıxış edən "Midlzbro"ya transfer olub. Klub saytının yaydığı məlumata görə, 31 yaşlı yarımmüdafiəçi ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

 

Qeyd edək ki, Con Obi Mikel 2006-2017-ci illərdə "Çelsi"də çıxış edib.

Xəbər xətti