"Monako"da yenidən Jardim dönəmi?

11:25 - 25 Yanvar 2019

Tyerri Anrini komandadan müvəqqəti uzaqlaşdıran "Monako" baş məşqçi postuna sabiq çalışdırcısı Leonardu Jardimi gətirə bilər.

 

Sportal.az "Sky Sports"a istinadən xəbər verir ki, "knyazlıq klubu" qara zolaqdan məhz portuqaliyalı mütəxəssislə çıxacağına ümid edir. İddiaya görə tərəflər arasında danışıqlar başlayacaq.

 

Qeyd edək ki, 44 yaşlı çalışdırıcı mövsümün əvvəlində "Monako"dan getmişdi. Onun ayrılığından sonra baş məşqçi postu Tyerri Anriyə həvalə edilmişdi.

Xəbər xətti