"Qarabağ" - "Şaxtyor" matçının vaxtı açıqlandı

13:12 - 25 Yanvar 2019

“Qarabağ” Antalya toplanışı çərçivəsində sabah sonuncu yoxlama matçını keçirəcək.

 

Sportal.az klubun "facebook" səhifəsinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi Ukraynanın “Şaxtyor” klubu ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə 12:00-da başlayacaq. Qarşılaşma "CBC Sport" kanalında canlı yayımlanacaq.

 

Bundan əvvəl Macarıstan "Uypeşt"inə 0:1 hesabı ilə uduzan "Qarabağ" ikinci oyunda Çexiyanın "Bohemians" klubuna qalib gəlmişdi - 3:1. Qurban Qurbanovun kollektiv üçüncü sınaq görüşündə Polşa "Pyast"ı ilə 1:1 hesablı heç-heçə etmişdi.

Xəbər xətti