"Rauf, Allah bəlanı versin, çemodanını götür, cəhənnəm ol!"

15:42 - 25 Yanvar 2019

Türkiyənin II Liqa təmsilçisi "Darıca Gənclərbirliyi" klubunun azarkeşləri komandanın bazasına hücum çəkiblər.

 

Sportal.az gazetegebze.com.tr saytına istinadən xəbər verir ki, uğursuz çıxışlardan təngə gələn bir qrup fanat ayağa qalxıb. Sözü bir yerə qoyan tərəfdarlar axşam saatlarında bazaya hücum ediblər. Onlar klubun səhmlərini alan, lakin transfer qadağasını qaldırmayan və borcları ödəməyən azərbaycanlı iş adamı Rauf İsmayılovu hədəfə alıblar. Fanatlar "Rauf, arıtq yetər, çemodanını götür, cəhənnəm ol!", "Bu klub darıcalılarındır", "Hardasan, Allah bəlanı versin", "Kimsə bizim şanlı tariximizi məhv edə bilməz" kimi şüarlar səsləndirərək, İsmayılovla onun havadarlarına etiraz ediblər. 

 

Qeyd edək ki, Rusiyada “Simurq Turizm” şirkətinin rəhbəri olan İsmayılov ötən ilin sonlarında klubu alıb. Komandanın baş məşqçisi isə Asim İbrahimovdur.

 

Xəbər xətti