"Sumqayıt" iki yoxlama görüşü keçirəcək

17:18 - 25 Yanvar 2019

Antalyada təlim-məşq toplanışını davam etdirən “Sumqayıt” sabah iki yoxlama oyunu keçirəcək.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi öncə Almaniya Regional Liqası təmsilçisi “Optik Rathenow” daha sonra isə Serbiya təmsilçisi “Zemun”la qarşılaşacaq.

 

Lara bölgəsindəki Fanatic stadionunda baş tutacaq olan oyunlar müvafiq olaraq yerli vaxtla 11:00 (Bakı vaxtı ilə 12:00) və 15:30-da (Bakı vaxtı ilə 16:30) start götürəcək.

Xəbər xətti