Jardim rəsmən "Monako"da

01:07 - 26 Yanvar 2019

Tyerri Anrini istefaya göndərən "Monako" yeni baş məşqçisini açıqlayıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, "knyazlıq klubu" sabiq baş məşqçisi Leonardu Jardimi baş məşqçi postuna təyin edib. Müqavilənin detalları barədə məlumat verilməyib.

 

Qeyd edək ki, 44 yaşlı çalışdırıcı mövsümün əvvəlində "Monako"dan istefaya göndərilmişdi. Onun ayrılığından sonra baş məşqçi postu Tyerri Anriyə həvalə olunmuşdu.

Xəbər xətti