Qurban Qurbanov: "Şaxtyor" bizi çox səhv etməyə məcbur etdi"

14:30 - 26 Yanvar 2019

Bu gün "Qarabağ" Antalyada sonuncu yoxlama oyununda Ukraynanın "Şaxtyor" klubuna 1:3 hesabıyla məğlub olub.

 

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyundan sonra fikirlərini klubun saytına bildirib:

 

"Əvvəlcədən də rəqibimizin gücünü bilirdik,çox sürətli və səlis futbolçuları var idi və bunu da bu gün meydanda da gördük. Düşünürəm, bu oyunun komandam üçün çox faydası oldu. Rəqib bizi çox səhv etməyə məcbur etdi və bu da bizim xeyrimizə oldu. İkinci hissə daha fərqli oldu, rəqibin heyətində dəyişikliklər oldu və bizim futbolçular topla daha aktiv olmağa başladılar. Amma bizim də qol epizodlarımız oldu. "Şaxtyor" əlinə düşən fürsətlərdən maksimum istifadə etməyi bacaran komandadır. Sevindirici haldır ki, oyun sona qədər davam etdi. Bura gələndə hava şəraiti istədiyimizi tam yerinə yetirmək üçün icazə vermirdi, amma sonda hər şey düşündüyümüz kimi oldu. Bugünkü oyun da tam istədiyimiz kimi oldu. Belə oyunlar bizə ancaq fayda verir".

Xəbər xətti