"Qəbələ" Macarıstan klubuna qalib gəldi

21:33 - 26 Yanvar 2019

Türkiyədə təlim-məşq toplanışında olan "Qəbələ" bu gün sonuncu yoxlama matçını keçirib.

 

Sportal.az xəbər verir ki, "qırmızı-qaralar" Macarsıtanın MTK klubu ilə qarşılaşıb və 3:2 hesabı ilə qalib gəlib.

 

Qeyd edək ki, "Qəbələ" Antalya toplanışı çərçivəsində buna qədər Almaniya "Mappen"inə uduzub (1:2), Rusiya "Yenisey"i ilə heç-heçə edib (2:2).

 

26 yanvar

Yoxlama görüşü

 

"Qəbələ" (Azərbaycan) - MTK (Macarıstan) - 3:2

Qollar: Cavid Hüseynov, 40 (pen.), Lalavele Atakora, 74, Sabien Lilay, 79

Antalya. "Titanic" otel

Xəbər xətti