"Zirə" son matçda da qalib gəldi

23:58 - 26 Yanvar 2019

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Zirə" bu gün sonuncu yoxlama matçına çıxıb.

 

Sportal.az xəbər verir ki, "qartallar" Rusiyanın I Divizionunun lideri "Tambov"a 2:0 hesabı ilə qalib gəlib.

 

Qeyd edək ki, "Zirə"bundan əvvəlki yoxlama oyunlarında Rumıniya "Voluntari"sinə və  Macarıstan "Paksi"sinə qalib gəlib - 1:0.

 

"Zirə" - "Tambov" (Rusiya) - 2:0

Qollar: Bilal Həmdi, 42, Alekandr Dedov, 54

Xəbər xətti