"Borussiya" "Auqsburq"a şans vermədi VİDEO

00:46 - 27 Yanvar 2019

Almaniya Bundesliqasında 19-cu turun görüşləri keçirilir.

 

Sportal.az xəbər verir ki, "Borussiya" evdə "Auqsburq"i qəbul edib. Münhenqladbaxlılar oyundan 2:0 hesablı qələbə ilə ayrılıblar.

 

Bundesliqanın turnir cədvəlinə 48 xalla Dortmund "Borussiya"sı başçılıq edir. Münhenqladbax "Borussiya"sı 39 xalla 2-ci, Münhen "Bayern"i də eyni xalla 3-cüdür. 15 xalı olan "Auqsburq" isə 15-ci sırada qərarlaşıb.

 

"Borussiya" (Münhenqladbax) - "Auqsburq" - 2:0
Qollar:
Oskar Vendt, 78, Patrik Hermann, 90

 

 

 

Xəbər xətti