Pedro Enrike "Astana"dan rəsmən ayrıldı

12:12 - 27 Yanvar 2019

"Qarabağ"ın sabiq futbolçusu Pedro Enrike "Astana"dan ayrılıb.

 

Sportal.az xəbər verir ki, bu barədə braziliyalı vinger "instagram" sosial şəbəkə hesabında məlumat verib. Pedronun müqaviləsinin başa çatmasına altı ay qalsa da, futbolçu "Astana"da qalmaq istəməyib. O, "Astana"ya və klubun azarkeşlərinə təşəkkür edib: "Astana" və azarkeşlərinə hər şey üçün təşəkkür edirik. Gələckdə sizə uğurlar arzu edirəm".

 

28 yaşlı futbolçu müqavilə ilə məxsus olduğu PAOK-a qayıdacaq.

 

Qeyd edək ki, Pedro Enrike ötən mövsümü icarə əsasında "Qarabağ"da keçirmişdi. PAOK ötən yay Pedronu "Astana"ya bir illik icarəyə vermişdi. Futbolçunun adı bir müddət əvvəl "Qarabağ"la hallanırdı.

Xəbər xətti