Ramil Şeydayev üçün 45 dəqiqə

15:25 - 27 Yanvar 2019

Millimizin üzvü Ramil Şeydayevin formasını geyindiyi Rusiyanın "Krılya Sovetov" Birləşmiş Ərəb Əmirliklərindəki təlim-məşq toplanışında növbəti yoxlama oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, Samara təmsilçisi Latviyanın "Riqa" klubu ilə qarşılaşıb. Görüş Rusiya klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Şeydayev oyuna start heyətdə başlayıb və fasilədə əvəzlənib.

Xəbər xətti