"Bayern" "Ştutqart"a dörd qolla qalib gəldi VİDEO

02:16 - 28 Yanvar 2019

Almaniya Bundesliqasında 19-cu turun görüşləri keçirilir.

 

Sportal.az xəbər verir ki, Münhen "Bayern"i evdə "Ştutqart"a 4:1 hesabı ilə qalib gəlib.

 

Bundesliqanın turnir cədvəlinə 48 xalla Dortmund "Borussiya"sı başçılıq edir. Münhen "Bayern"i 42 xalla 2-ci, Münhenqladbax "Borussiya"sı 39 xalla 3-cü, "Leyptsiq" 34 xalla 4-cüdür. 14 xalı olan "Ştutqart" 16-cıdır.

 

"Bayern" - "Ştutqart" - 4:1
Qollar:
Tyaqo, 5, Qentner, 55 (avtoqol), Qoretska, 71, Levandovski, 84 - Donis, 26

 

 

 

Xəbər xətti