İsrafilov 90 dəqiqə oynadı

10:30 - 28 Yanvar 2019

İspaniya Sequndasında 23-cü turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, millimizin üzvü Eddi İsrafilovun formasını geyindiyi “Alkorkon” evdə “Kordoba”nı 2:1 hesabı ilə məğlub edib.

 

İsrafilov start heyətdə meydana çıxıb və sonadək oynayıb. 26 yaşlı yarımmüdafiəçi 53-cü dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

 

“Alkorkon” 38 xalla Sequndada 6-cı pillədə qərarlaşıb.

Xəbər xətti