“Qarabağ”ın sabiq prezidenti vəfat etdi

13:03 - 28 Yanvar 2019

“Qarabağ” Futbol Klubunun təsisçilərindən biri, sabiq futbolçu və baş məşqçi Adil Nadirov bu gün 69 yaşında dünyasını dəyişib.

 

Sportal.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

 

Qeyd edək ki, A.Nadirov uzun illər həm də “Qarabağ”ın prezidenti vəzifəsində çalışıb. 1993-cü ilin iyul ayında Ağdamın işğalından sonra komandanın yaşaması üçün fədakarlıq göstərən şəxslərdən biri olub.

 

Allah rəhmət eləsin!

Xəbər xətti