"Zirə"dən rəsmi transfer

17:48 - 28 Yanvar 2019

"Zirə" heyətinə yeni futbolçu əlavə edib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, "qartallar" Fil Dişi Sahilindən olan İsmail Fofana ilə anlaşıb. Hücumçu ilə 6 ay + 1 illik müqavilə bağlanılıb.

 

Qeyd edək ki, Fofana Ermənistanın "Şirak", Serbiyanın "Partizan", "Çukariçki", Qazaxıstanın "İrtış" klublarında çıxış edib. 30 yaşlı hücumçunun son klubu Serbiya "Voyvodina"sı olub.

 

Xəbər xətti