"Sumqayıt" yeni transferini rəsmən açıqladı

18:01 - 29 Yanvar 2019

Dövrələrarası fasilədə transfer çalışmalarını davam etdirən "Sumqayıt" növbəti futbolçunu heyətinə cəlb edib. 

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi əslən azərbaycanlı olan futbolçu Peyman Keşavarzla 6 ay + 1 il sistemi ilə müqavilə imzalayıb. 22 yaşlı müdafiəçi "Sumqayıt"da 50 nömrəli formada çıxış edəcək.

 

Qeyd edək ki, Təbrizin "Traktor Sazi" komandasının yetirməsi olan Peyman Keşavarz həmin şəhərin digər klubları olan "Maşın Sazi" və "Qostareş Fulad" ilə yanaşı "İstiqlal Əhvaz"ın da şərəfini qoruyub.

 

Xəbər xətti