Renat Dadaşov üçün 7 dəqiqə

00:37 - 30 Yanvar 2019

Portuqaliya Sequndasında XIX turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, millimizin üzvü Renat Dadaşovun şərəfini qoruduğu "Eştoril" evdə "Braqa"nın ikinci komandasını qəbul edib və 2:1 hesabı ilə qalib gəlib.

 

Renat 83-cü dəqiqədə oyuna daxil olub

 

Bu qələbə sayəsində xallarının sayını 33-ə çatdıran "Eştoril" turnir cədvəlində 3-cü pilləyə yüksəlib.

Xəbər xətti