Millimizin üzvü penaltiyə səbəb oldu, "Qalatasaray" 4 qolla qalib gəldi VİDEO

00:43 - 30 Yanvar 2019

Türkiyə Kubokunda 1/8 final mərhələsinə yekun vurulub.

 

Sportal.az xəbər verir ki, səfərdə "Boluspor"u 1:0 hesabı ilə məğlub edən "Qalatasaray" doğma meydanında rəqibini böyükhesablı məğlubiyyətə uğradıb.

 

Millimizin üzvü Ufuk Budak "Qalatasaray"la görüşdə 90 dəqiqə meydanda olub. Müdafiəçi 77-ci dəqiqədə penaltiyə səbəb olub.

 

"Akhisar", "Göztəpə", "Yeni Malatyaspor", "Hatayspor", "Trabzonspor", "Kasımpaşa" və "Umraniyespor"dan sonra "Qalatasaray" da adını 1/4 finala yazdırıb.

 

“Qalatasaray” – “Boluspor” – 4:1
Qollar:
Yunus Akgün, 19, 69, 78 (pen.), Muğdat Çelik, 33 - Çukvuma Emmanuel Akabueze, 80
İlk oyun: 1:0

 

 

Xəbər xətti