"Monako" kubokda finala çıxa bilmədi VİDEO

10:50 - 30 Yanvar 2019

Fransa Liqa kubokunda yarımfinal mərhələsinin ilk oyunu keçirlib.

 

Sportal.az xəbər verir ki, "Monako" səfərdə "Qenqam"la qarşılaşıb. Oyun 2:2 hesablı heç-heçə ilə bitdiyi üçün qalibin adına penaltilər zərbəsində aydınlıq gəlib. Burada daha dəqiq olan "Qenqam" finala yüksəlib.

 

"Qenqam" - "Monako" - 2:2 (pen: 5:4)
Qollar:
Aleksandr Mendi, 46, Markus Turam, 55 - Roni Lopes, 18, Aleksandr Qolovin, 24
Qırmızı vərəqə: Vilyam Venker, 14 ("Monako")

 

Xəbər xətti