Nazarov üçün 9 dəqiqə

12:22 - 30 Yanvar 2019

Almaniya II Bundesliqasında 19-cu turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi “Aue” səfərdə “Maqdeburq”a 0:1 hesabı ilə uduzub.

 

Nazarov 81-ci dəqiqədə meydana daxil olub.

 

“Aue” çempionatda 22 xalla 12-ci pillədə qərarlaşıb.

Xəbər xətti