"Beşiktaş"ın futbolçusu "Fənərbağça"ya keçdi

16:11 - 30 Yanvar 2019

"Beşiktaş"ın yarımmüdafiəçisi Tolqay Arslan klubdan ayrılacaq.

 

Sportal.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Şenol Günəş məlumat verib. Təcrübəli mütəxəssis portuqaliyalı ulduz Rikardo Kuarejmanın da ayrılacağını təsdiq edib. Türkiyəli çalışdırıcı Domaqoy Vida və Enzo Rokonun "Beşiktaş"da qalacağını açıqlayıb.

 

"Beşiktaş"dan ayrılacağı dəqiqləşən Tolqay Arslan karyerasını İstanbulun digər təmsilçisi "Fənərbağça"da davam etdirəcək. "Sporx" nəşrinin məlumatına görə, "sarı-lacıvərdlilər" Tolqayın keçidi üçün qarşı tərəfə Şener Özbayraklı və 2,5 milyon avro ödəyəcək.

 

Qeyd edək ki, Tolqay Arslan 2003-2009-cu illərdə Dortmund "Borussiya"sının aşağı yaş qruplarından ibarət komandalarında çıxış edib. 28 yaşlı yarımmüdafiəçi "Beşiktaş"a 2015-ci ildə "Hamburq"dan keçmişdi. 

Xəbər xətti