FIFA açıqladı: Azərbaycan klubları transferlərə nə qədər pul xərcləyib?

00:40 - 31 Yanvar 2019

FIFA dünya futbol klublarının 2018-ci il üçün transfer hesabatını təqdim edib.

 

Sportal.az xəbər verir ki, keçən il 13 Azərbaycan klubu beynəlxalq transfer əməliyyatlarında iştirak edib. Bu, 2017-ci illə müqayisədə 35 faiz aşağıdı.

 

Azərbaycan klubları futbolçu transferləri zamanı il ərzində ümumilikdə 2,1 milyon dollar xərcləyib. Bu, 2017-ci illə müqayisədə 61,6 faiz azdı. Ölkəmiz bu göstəricidə 47-ci sıradadı.

 

Transferlərdə qazanclar isə az qala ikiqat artıb. Klublarımız keçən il futbolçu satışından 1,4 milyon dollar qazanıb. Bu isə 2017-ci illə müqayisədə 95,7 faiz çoxdu. Azərbaycan bu göstəriciyə görə 73-cüdü.

 

Xərc və gəlirlərin fərqinə gəlincə, burda 0,7 milyon avro ziyan qeydə alınıb.

 

Keçən il xarici klublardan 77 futbolçu Azərbaycana transfer olunub (2017-ci illə müqayisədə 30 faiz az). Azərbaycan klublarını tərk edən futbolçuların sayı isə 58 olub. Bu göstərici bir il əvvəllə müqayisədə 16 faiz çoxdu.

Xəbər xətti