"Liverpul" xal itirdi VİDEO

01:58 - 31 Yanvar 2019

İngiltərə Premyer Liqasında 24-cü tura yekun vurulub.

 

Sportal.az xəbər verir ki, "Liverpul" evdə "Lester Siti" ilə 1:1 hesablı heç-heçə edib.

 

Premyer Liqada turnir cədvəlinə 61 xalla "Liverpul" başçılıq edir. "Mançester Siti" 56 xalla 2-ci, "Tottenhem" 54 xalla 3-cüdür. "Arsenal"la "Çelsi" 47 xalla 4-5-ci yerləri bölüşürlər. 32 xalı olan "Lester Siti" 11-ci sırada qərarlaşıb.

 

"Liverpul" - "Lester Siti" - 1:1
Qollar:
Sadio Mane, 3 - Harri Maquayr, 45+2

 

 

 

Xəbər xətti