"Tottenhem"dən əzmkar qələbə VİDEO

02:02 - 31 Yanvar 2019

İngiltərə Premyer Liqasında 24-cü tura yekun vurulub.

 

Sportal.az xəbər verir ki, "Tottenhem" evdə "Uotford"a 2:1 hesabı ilə qalib gəlib.

 

Premyer Liqada turnir cədvəlinə 61 xalla "Liverpul" başçılıq edir. "Mançester Siti" 56 xalla 2-ci, "Tottenhem" 54 xalla 3-cüdür. "Arsenal"la "Çelsi" 47 xalla 4-5-ci yerləri bölüşürlər. 33 xalı olan "Uotford" 9-cu sırada qərarlaşıb.

 

"Tottenhem" - "Uotford" - 2:1
Qollar:
Son, 80, Lyorente, 87 - Ketkart, 38

 

 

 

Xəbər xətti