"Zirə" baxışda olan futbolçu ilə müqavilə imzaladı

10:49 - 31 Yanvar 2019

"Zirə"də baxışda olan malavili hücumçu Robin Nqalande ilə bağlı qərar verilib.

 

Sportal.az kickoff.com-a istinadən xəbər verir ki, malavili futbolçu məşqçilər korpusunun etimadını qazanıb. Bu səbəbdən də "qartallar" 26 yaşlı futbolçu ilə 6 ay + 1 illik müqavilə imzalayacaq.

 

Qeyd edək ki, Nqalande son olaraq CAR-ın "Baroko" klubunda çıxış edib və 6 ay klubsuz qalıb. Robin Madrid "Atletiko"susunun C komandasında, həmçinin "Ayaks Kayp Taun" və "Platinium Starz"da da forma geyinib.

 

Xəbər xətti