Almeyda: "Əsas odur ki, gücümüzü meydanda qoyaq"

17:50 - 31 Yanvar 2019

"Qarabağ"ın yarımmüdafiəçisi Riçard Almeydan Premyer Liqanın 15-ci turunda "Neftçi" ilə oyundan öncə jurnalistlərə açıqlama verib.

 

Sportal.az xəbər verir ki, millimizin üzvü rəqibə hörmətlə yanaşdıqlarını deyib:

 

"Onsuz da "Neftçi"nin böyük komanda olduğunu hamı bilir. Nəzərə alaq ki, hələ çempionat başa çatmayıb. Hələ mövsümün ikinci yarısı yeni başlayacaq. Təbii ki, "Neftçi"yə hörmət edirik. Rəqibdə səviyyəli futbolçular cəmləşib, həmçinin, bizdə də".

 

Almeyda oyunun Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməsi barədə bunları söyləyib:

 

"Azarkeşlər 12-ci oyunçudur. Tribunalar yaxın olsun, ya da uzaq, fərqi yoxdur, əsas olan odur ki, biz gücümüzü meydanda qoyaq".

 

29 yaşlı futbolçu "Astana"da olarkən Azərbaycan çempionatını və rəqibləri "Neftçi"nin də oyunlarını izlədiyini bildirib:

 

"Əgər "Neftçi" bu yerdədirsə, deməli, yaxşı komandadır. Fərqindəyik ki, güclü komanda ilə qarşılaşacağıq. Səbirli olmalıyıq".

Xəbər xətti