"Latsio" "İnter"i kubokdan kənarlaşdırdı VİDEO

12:16 - 1 Fevral 2019

İtaliya kubokunda 1/4 final mərhələsi başa çatıb.

 

Sportal.az xəbər verir ki, "İnter" evdə "Latsio" ilə qarşılaşıb. Oyunun əsas vaxtı 0:0 hesablı heç-heç ilə yekunlaşıb. Əlavə vaxtı tərəflər hərəyə bir qol vurublar. Yarımfinalçını müəyyənləşdirmək üçün isə penalti zərbələrinə ehtiyac duyulub. Burada isə qonaqlar daha dəqiq oyanyıblar.

 

Beləliklə, "Milan", "Fiorentina", "Atalanta"dan sonra "Latsio" da yarımfinala yüksəlib.

 

"Latsio" - "İnter" - 1:1
Qollar:
İkardi, 120+5 (pen.) - İmmobile, 108
Qırmızı vərəqə: Stefan Radu, 120+4 ("Latsio")

 

Xəbər xətti