U-15 Liqası: Qış fasiləsi başa çatdı

11:28 - 2 Fevral 2019

Bu gün U-15 Liqasında qış fasiləsi başa çatır və ikinci dövrəyə start veriləcək. 14-cü turun 7 oyunun 6-ı şənbə, yalnız 1-i bazar gününə təyin olunub. Turnir cədvəlində üst pillədə qərarlaşan komandalardan heç biri öz aralarında görüşmədiyindən bu turda mərkəziy oyun seçmək çətindi. Yalnız «Neftçi» İK İB – «Sabah» və Gəncə TİM – «Neftçi» matçları digərlərinə nisbətən daha maraqlı keçəcəyi gözlənilir.

 

02 fevral (şənbə)

 

14:00 «Zaqatala» - «Səbail» (Zaqatala şəhər stadionu)
14:00 «Neftçi» İK İB – «Sabah» (Lökbatan OİK-nin meydanı)
14:00 «Qəbələ» - «Sumqayıt» (Qəbələ şəhər stadionu)
14:00 İsgəndər Cavadov BFA – «Qarabağ» (Abşeron OİK-nin meydanı)
14:30 Gəncə TİM - «Neftçi» (Gəncə TİM-nin meydanı)
15:00  «Xilə» - «Keşlə» (Şağan OİK-nin meydanı)

 

03 fevral (bazar)

 

15:00 «Zirə» - «Mil-Muğan» (Aviasiya Akademiyasının stadionu)

 

Cəza səbəbindən turu buraxacaq futbolçular: Mahir Məmmədov, Elxan Zeynalabdınzadə (hər ikisi «Sabah»), Mahmud Ağayev, Cavidan Bilalzadə (hər ikisi «Zirə»).

 

Bombardirlər: Oruc Məmmədov («Neftçi») – 25 qol, Şahmar Aşurov («Sabah») – 23 qol.


«Het-trik news» qəzeti

 

Xəbər xətti