Derbidən öncə "Neftçi" və "Qarabağ" arasında söz atışması

17:27 - 2 Fevral 2019

Sabah Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində "Qarabağ" "Neftçi"ni qəbul edəcək. Azərbaycan derbisi Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq.

 

Sportal.az xəbər verir ki, ötən gün "Neftçi" "YouTube" kanalı matçın promo videosunu hazırlayıb. Videoçarxın son hissəsində "Neftçi" mövsümün ilk yarısında “Qarabağ”a 3:1 hesabı ilə qalib gəldikləri oyuna işarə vuraraq, “Harda qalmışdıq" sualını verib.

 

"Qarabağ"ın gecikməyib. Ağdamlılar sosial şəbəkə hesabında "Neftçi"ylə sonuncu dəfə Tofiq Bəhramov adına Respublika stadionunda keçirdikləri oyundan video paylaşıb. Həmin oyun 2015/2016 mövsümündə ölkə kubokunun finalına təsadüf etmişdi və "Qarabağ" 1:0 hesabı ilə qələbə qazanmışdı. "Qarabağ" qarşı tərəfə "Qaldığımız yerdən davam etməyə hazırıq" cavabını verib.

 

 

 

Xəbər xətti