Amit Quluzadəni bəyəndilər, ancaq transferi bu səbəbdən baş tutmadı

09:09 - 3 Fevral 2019

Ötən yay Kosovonun "Drita" komandasından ayrılan Amit Quluzadənin klubsuz günləri davam edir.

 

Sportal.az saytının əldə etdiyi məlumata görə, millimizin sabiq yarımmüdafiəçisi Bosniya və Herseqovinanın "Çelik" klubunun düşərgəsində olub. 26 yaşlı futbolçunu məşqçilər korpusu bəyənib, lakin onun transferi baş tutmayıb. Heyətində beş legioneri olan Zenitsa təmsilçisinin rəhbərliyi Quluzadəyə nigeriyalı yarımmüdafiəçi Paskal Okoliylə yolların ayrılacağı halda müqavilə bağlanacağını bildirib. Lakin "Bursaspor"dan icarəyə götürülən 21 yaşlı futbolçunu vaxtından əvvəl göndərmək mümkün olmayıb. Bu səbəbdən də Amitin transferi baş tutmayıb. Quluzadə hazırda klub axtarışlarını davam edir.

 

Qeyd edək ki, Amit ölkəmizdə “Neftçi”, "Rəvan", “Qəbələ”, "Səbail" və “Sumqayıt”da çıxış edib. O, Türkiyənin "Ərciyyəspor", Yunanıstanın AEL, Portuqaliyanın "Atletiko" və Kosovonun "Drita" klublarının da şərəfini qoruyub.

Xəbər xətti