Millimizin rəqibləri bəlli oldu

12:58 - 3 Fevral 2019

Futzal üzrə Azərbaycan milli komandasının final mərhələsi 2020-ci ildə Litvada təşkil ediləcək dünya çempionatının əsas mərhələsindəki son 2 rəqibi müəyyənləşib.

 

Sportal.az AFFA-ya istinadən xəbər verir ki, 3-cü qrupda yer alan yığmamız Slovakiya ilə bərabər, Moldova və Monteneqro komandaları ilə də qarşılaşacaq. İlkin mərhələdə çıxış edən Moldova H qrupunun qalibi, Monteneqro isə G qrupunun ikincisi kimi mübarizəni davam etdirmək hüququ qazanıb.  

 

Qeyd edək ki, millimizin yer aldığı 3-cü qrupun oyunları oktyabrın 22-dən 27-dək Bakıda keçiriləcək. Qrupda ilk iki yeri tutacaq komanda elit-raunda vəsiqə qazanacaq.

Xəbər xətti