Kaqava dubl etdi, "Beşiktaş" 6 qolla qalib gəldi VİDEO

22:55 - 3 Fevral 2019

Türkiyə Super Liqasında 20-ci turun görüşləri keçirilir.

 

Sportal.az xəbər verir ki, "Beşiktaş" səfərdə "Antalyaspor"a 6:2 hesabı ilə qalib gəlib. İstanbul klubunun yeni transfer Şinji Kaqava oyunun 81-ci dəqiqəsində meydana daxil olub və debütündə dubla edib.

 

Super Liqada turnir cədvəlinə 44 xalla "Başakşəhər" başçılıq edir. "Qalatasaray" 36 xalla 2-cidir. "Beşiktaş", "Yeni Malatyaspor" və "Trabzonspor" 33 xalla 3-5-ci yerləri bölüşürlər. "Antalyaspor" 28 xalla 9-cu pillədə qərarlaşıb.

 

"Antalyaspor" - "Beşiktaş" - 2:6
Qollar:
Dukura, 51, Miko, 89 - Adem Lyayiç, 35 (pen.), Dorukhan Toköz, 39, Atiba Hatçinson, 43, Salih Dursun, 67 (avtoqol), Şinji Kaqava, 82, 84

 

 

 

Xəbər xətti