"Real Betis" "Atletiko"nu məğlub yola saldı VİDEO

00:10 - 4 Fevral 2019

İspaniya La Liqasında 22-ci turun görüşləri keçirilir.

 

Sportal.az xəbər verir ki, "Real Betis" evdə "Atletiko"ya 1:0 hesabı ilə qalib gəlib.

 

La Liqanın turnir cədvəlinə 50 xalla "Barselona" başçılıq edir. "Atletiko" 44 xalla 2-ci, "Real" 39 xalla 3-cü, "Sevilya" 36 xalla 4-cüdür. 32 xalı olan "Real Betis" 7-ci yerdə qərarlaşıb.

 

"Real Betis" - "Atletiko" - 1:0
Qol:
Serxio Kanales, 65 (pen.)

 

 

 

Xəbər xətti