Qattuzo: "Məndən 6-7 yaş kiçikdir, ancaq onun atası kimi görünürəm"

14:57 - 4 Fevral 2019

İtaliya A Seriyasının 22-ci turunda səfərdə "Roma" ilə 1:1 hesablı heç-heçə edən "Milan"ın baş məşqçisi Cennaro Qattuzo açıqlama verib.

 

Sportal.az "Football Italia"ya istinadən xəbər verir ki, 41 yaşlı mütəxəssis nəticəni yaxşı hesab edib: "Məncə, çox yaxşı oynadıq. "Roma"nın yaxşı komanda olduğunu bilirik. Son ötürmələrdə səhvlərimiz olurdu. Qələbə də qazana bilərdik. Pyontek qorxulu futbolçudur. Müdafiəçilərin arxasından yaxşı çıxır və onların işini çətinə salır. Hazırda əla formadadır və bizə çox kömək olur".

 

Qattuzo İtaliya yığmasında birgə çıxış etdiyi "Roma"nın yarımmüdafiəçisi Daniele De Rossiylə bağlı maraqlı açıqlma verib: "De Rossi ilə oyundan öncə görüşdük, bir-birimizə sarıldıq. Onunla DÇ-2006-da gözəl anlar yaşamışıq. Mən çox yaşı görünürəm, o isə möhtəşəmdir. Məndən 6-7 yaş kiçikdir, ancaq onun atası kimi görünürəm".

 

Xəbər xətti