Millimizin üzvü baş məşqçisiz qaldı

16:02 - 4 Fevral 2019

U-21 yığmamızın yarımmüdafiəçisi Ozan Can Kökçünün çıxış etdiyi Türkiyənin “Giresunspor” klubu baş məşqçisi Ümit Özatla yolları ayırıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, I Liqa təmsilçisinin yanvar ayında baş məşqçi postuna gətirdiyi mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.

 

Qaradəniz təmsilçisi Özatın rəhbərliyi altında 3 oyuna 2 xal toplamışdı. 

Xəbər xətti