"Liverpul" yenə qalib gələ bilmədi VİDEO

01:56 - 5 Fevral 2019

İngiltərə Premyer Liqasında 25-ci tur başa çatıb.

 

Sportal.az xəbər verir ki, ötən tur evdə "Lester Siti" ilə 1:1 hesablı heç-heçə edən "Liverpul" yenə də büdrəyib. "Qırmızılar" Londonda "Vest Hem"in qonağı olub. Oyunda hesabı Yurgen Kloppun kollektivi açsa da, "çəkicdöyənlər" 28-ci dəqiqədə status-kvonu bərpa edib. Qarşılaşma elə bu hesabla da başa çatıb və tərəflər 1 xal qazanıb.

 

Premyer Liqada turnir cədvəlinə 62 xalla "Liverpul" başçılıq edir. "Mançester Siti" 59 xalla 2-ci, "Tottenhem" 57 xalla 3-cü, "Çelsi" 50 xalla 4-cüdür. 32 xalı olan "Vest Hem" 12-ci sırada qərarlaşıb.

 

"Vest Hem" - "Liverpul" - 1:1

Qollar: Maykl Antonio, 28 - Sadio Mane, 22

 

 

 

Xəbər xətti