Marek Hamşik Çin klubunda

11:14 - 5 Fevral 2019

"Napoli"nin kapitanı Marek Hamşik karyerasını Çində davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, Slovakiya yığmasının üzvü "Dalian Yifanq"la 3 illik müqavilə imzalayıb. Onun illik maaşı 9 milyon avro olacaq. Bu keçid Çin klubuna 15 milyon avroya başa gəlib.

 

Qeyd edək ki, 31 yaşlı yarımmüdafiəçi 2007-ci ildən "Napoli"dən oynayırdı.

Xəbər xətti