"Sabah"da yeni qapıçı

13:37 - 5 Fevral 2019

“Sabah” heyətini yeni qapıçı ilə gücləndirib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Əmirhüseyn Nəcəfi bundan sonra paytaxt klubunun uğurları üçün çalışacaq. 22 yaşlı qapıçı ilə 2020-ci ilin may ayına kimi müqavilə bağlanıb.

 

Tehran “İstiqlal”ının yetirməsi olan Əmirhüseyn, karyerası ərzində bu klubla yanaşı, “Səbail”in də uğurları üçün çalışıb. Gənc qapıçı bir neçə dəfə U-21 millimizə də dəvət alıb.

 

Nəcəfi “Sabah”da 96 nömrəli formada çıxış edəcək. 

Xəbər xətti