"Qarabağ"da ciddi itkilər

14:23 - 5 Fevral 2019

“Qarabağ” Azırbaycan Premyer Liqasının 16-cı turunda “Sumqayıt”ın qonağı olacaq.

 

Sportal.az xəbər verir ki, Ağdam klubunda itkilər var. "Neftçi" ilə matçda qırmızı vərəqə alan Qara Qarayev sözügedən görüşü buraxmalı olacaq. Sarı vərəqə limitini dolduran Mahir Mədətov da oyunu kənarda izləməli olacaq. 

 

Zədəli futbolçular - Reynaldo Silva və Miçelin də “Sumqayıt”a qarşı oynayıb-oynamayacağı bilinmir.

 

Qeyd edək ki, fevralın 9-da keçiriləcək “Sumqayıt” – “Qarabağ” oyunu saat 18:30-da başlayacaq.

Xəbər xətti