"Sabah" "Qəbələ" önünə iki itkiylə çıxacaq

15:50 - 5 Fevral 2019

“Sabah” Azərbaycan Premyer Liqasının 16-cı turunda “Qəbələ”ni qəbul edəcək.

 

Sportal.az xəbər verir ki, "Sabah"ın heyətində iki itki var. "Zirə" ilə matçda qırmızı vərəqə alan Məqsəd İsayev sözügedən görüşü buraxmalı olacaq. Sarı vərəqə limitini dolduran Təmkin Xəlilzadə sabiq komandası ilə oyunu kənardan izləməli olacaq. 

 

Qeyd edək ki, fevralın 9-da keçiriləcək “Sabah” – “Qəbələ” oyunu saat 16:00-da başlayacaq.

Xəbər xətti