Litva və Almaniya klublarından millimizə dəvət aldılar SİYAHI

16:01 - 5 Fevral 2019

Avropa çempionatının elit-raund mərhələsinə hazırlaşan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının fevralın 6-dan 9-dək Bakıda, ayın 10-dan 18-dək isə İspaniyanın Mursiya şəhərində təlim-məşq toplanışı olacaq. 

 

Sportal.az xəbər verir ki, Azərbaycan yığması hazırlıq prosesi çərçivəsində fevralın 12-də İspaniyanın, 2 gün sonra “Ranero” klubunun və fevralın 17-də Şotlandiyanın müvafiq yaş qrupundan ibarət komandaları ilə yoldaşlıq oyunları keçirəcək.

 

Toplanışa dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq: 

 

1. Nicat Mehbaliyev – Qarabağ

2. Nail Alışov – Neftçi

3. Əkbər Vəliyev – Keşlə

4. Elnur İbrahimov – Spartak-2 (Moskva, Rusiya)

5. İbrahim Hüseynov – Qarabağ

6. Zahid Mərdanov – Sabah

7. Rauf Hüseynli – Qarabağ

8. Rüstəm Nuriyev – Qəbələ

9. Vüsal Məsimov – Qəbələ

10. Zamiq Əliyev – Qarabağ

11. Şakir Seyidov – Sabah

12. İdris İnqilablı – Qəbələ

13. Turan Vəlizadə – Neftçi

14. Maksim Bayramov – Bielefeld (Almaniya)

15. Tural Bayramov – Qarabağ

16. Elvin Cəfərquliyev – Qarabağ

17. Murad Mahmudov – FSV Frankfurt (Almaniya)

18. Kamran Quliyev – Jonova (Litva)

19. Musa Qurbanlı – Qarabağ

20. Emil Qasımov – Sabah

 

Qeyd: Murad Mahmudov və Maksim Bayramov komandanın düşərgəsinə fevralın 10-da qoşulacaq.

Xəbər xətti