Millimizin üzvü qripə yoluxub

11:15 - 6 Fevral 2019

Azərbaycan millisinin üzvü Rüfət Dadaşovun çıxış etdiyi Almaniya III Bundesliqa təmsilçisi “Proyssen” yoxlama oyunu keçirib.

 

Sportal.az xəbər verir ki, Münster təmsilçisi Dortmund "Borussiya"sının II komandası ilə qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib.

 

Millimizin üzvü Rüfət Dadaşov sözügedən görüşdə iştirak etməyib. Komandanın baş məşqçisi Marko Antverpen oyunçunun qripə yoluxduğu üçün sözügedən görüşü buraxdığını deyib.

Xəbər xətti