AFFA derbinin cəzalarını açıqladı

13:20 - 6 Fevral 2019

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. 

 

Sportal.az xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının 15-ci turunda baş verən hadisələrlə bağlı qərarlar qəbul edilib:

 

Azərbaycan Premyer Liqasının XV turunun “Qarabağ” – “Neftçi” matçının 70-ci dəqiqəsində “Neftçi” klubunun 5 №-li futbolçusu Anton Krivatsyuk ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.

 

Oyunun 90+2-ci dəqiqəsində “Qarabağ” klubunun 2 №-li futbolçusu Qara Qarayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur. Oyunun 10-cu dəqiqəsində “Qarabağ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimə olunur.

 

Oyundan əvvəl “Qarabağ” klubunun məşqçisi Mario Dobromirov hakimlər otağına icazəsiz daxil olduğuna görə klub 1600 manat cərimə olunur.

 

Xəbər xətti