"Zirə"nin futbolçusu iki oyunluq cəzalandı, "Qəbələ"yə 1800 manatlıq cərimə

13:24 - 6 Fevral 2019

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. 

 

Sportal.az xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının 15-ci turunda baş verən hadisələrlə bağlı qərarlar qəbul edilib:

 

Azərbaycan Premyer Liqasının XV turunun “Zirə” – “Sabah” matçında  “Zirə” və “Sabah” klublarının  4 futbolçusu sarı vərəqə ilə cəzalandığı  üçün hər iki klub 800 manat cərimə olunur.


Oyunun 25-ci dəqiqəsində  “Sabah”  klubunun 19 №-li futbolçusu  Məqsəd İsayev  ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.

 

Oyunun  62-ci dəqiqəsində “Zirə” klubunun 6 №-li futbolçusu Vüqar Mustafayev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 1600 manat cərimə olunur.


“Zirə” və “Sabah” klubları matçın protokolunu vaxtında təqdim etmədiklərinə görə hər iki klub 800 manat cərimə olunur.

Azərbaycan Premyer Liqasının XV turunun “Qəbələ” – “Sumqayıt” matçında  hakimlər otağında lazımı inventarlar olmadığına görə klub 1600 manat cərimə olunur.

Xəbər xətti