AFFA hakimi döyən məşqçini 12 aylıq cəzalandırdı

14:15 - 6 Fevral 2019

AFFA U-15 liqasında mübarizə aparan "Xilə" komandasının baş məşqçisi Əsəd Kərimovu futboldan kənarlaşdırıb.

 

Sportal.az xəbər verir ki, buna onun U-15 liqasının "Keşlə" ilə oyunundan sonra hakimlər briqadasının otağına daxil olaraq, əvvəlcə onları təhqir etməsi, ardınca isə döyməsi səbəb olub. Bu barədə İntizam Komitəsinin bu gün keçirilən iclasında qərar qəbul olunub.

 

Məşqçi hakimlərə fiziki təzyiq göstərdiyinə görə 12 ay müddətinə diskvalifikasiya olunub.

Xəbər xətti