Ərdoğan Türkiyədə yeni klub yaratdı: hədəf Super Liqa

15:02 - 6 Fevral 2019

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Ankarada futbol klubunun yaradılmasına qərar verib. 

 

Sportal.az federasiyanın saytına istinadən xəbər verir ki, Prezident Administrasiyasının nəzdində yaradılan klub "Cumhurbaşkanlığıspor" adlandırılıb. Yeni yaranan klub "Ankara-2" həvəskar futbol liqasında çıxış edəcək. 

 

"Cumhurbaşkanlığıspor" Ankarada yetişən futbolçuları heyətinə cəlb etməyə və tezliklə peşəkar səviyyəyə qalxmağa çalışacaq. 

 

Türkiyə mətbuatının yazdığına görə isə, klub hazırda Türkiyə I Liqasında mübarizə aparan "Osmanlıspor"un adını alacaq və növbəti mövsüm Super Liqaya vəsiqəni hədəfləyəcək.

Xəbər xətti